İdman həftəsi çərçivəsində psixoloqla söhbət

 İdman həftəsi çərçivəsində  fevralın 27-də məktəb-liseyin psixoloqu Fərəh Kamilova 5d və 7a sinif şagirdləri ilə  idmançıların yarışa hazırlığının psixoloji yanaşması mövzusunda maarifləndirici söhbət aparıb. O, istər qalibiyyət, istərsə də məğlubiyyət zamanı psixoloji sabitliyin əhəmiyyətindən danışıb. Qeyd edək ki, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə 27 fevral – 3 mart tarixləri arasında Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsinə start verilib."İdman həftəsi” layihəsinin keçirilməsində  məqsəd şagirdlərin idmana olan marağının artırılması,  təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi