Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi

03.02.2023-cü il tarixində məktəb –liseyin informatika müəllimi Orucova Aygül 9c sinfində dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dərs keçib. Dərsdə alimin keçdiyi zəngin həyat yolu və elmi fəaliyyəti haqqında məlumat verilib. Şagirdlər Aristotelin “Bir adamın dediyi ya doğrudur, ya yalan” fikrini dünyada ilk dəfə Lütfi Zadənin yumşaltdığını söylədilər. Lütfi Zadə dünyada qəti olaraq tam ağ və tam qara deyilən bir şeyin olmadığını, bu iki məfhum arasında minlərlə çalar dəyişikliyi olan nüansların olduğunu söyləmişdir. “Qeyri - səlis məntiq” nəzəriyyəsinin banisi Lütfi Zadə məntiqin bir elm olduğunu, bütün elmlərin məntiq elmindən yarandığını vurğulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi