"Xocalı harayı" adlı tədbir keçirilib.

"Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”na əsasən  məktəb-liseydə "Xocalı harayı" adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd Xocalı qurbanlarının xatirəsini  yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirməkdir. 4-cü siniflərin təşkil etdiyi  tədbirdə məktəb-liseyin rəhbərliyi, şagirdlər, müəllimlər və valideynlər iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətləri, dinc xalqa divan tutaraq misli görünməmiş vəhşilikləri törədən düşmənin əməllərinə olan nifrətlərini oz şeir ve mahnıları ilə nümayiş etdiriblər. Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını  ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər. Məktəb-liseyin direktoru Könül Məmmədli  öz çıxışında tariximizi unutmayan şagirdlərə, unutdurmayan müəllimlərə minnətdarlığını bildirib. O, kiçikyaşlı məktəblilərin vətənpərvərliyi ilə qürur duyduğunu xüsusi vurğulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi