"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın tətbiqi ilə bağlı Pedaqoji Şura iclası

Fevralın 23-də  məktəb liseydə Pedoqoji Şuranın növbədənkənar iclası keçirilib. "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın tətbiqinin müzakirə olunduğu iclasda pedaqoji heyətlə yanaşı 10 fəal valideyn də iştirak edib. Məktəb-liseyin direktoru Könül Məmmədli kollektivi qarşıda duran vəzifələrlə tanış edib. Müzakirələr aparılıb. Sonda səsvermə ilə Nizam İntizam Şurasının ( NİŞ) tərkibi müəyyənləşib. Qeyd edək ki, "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın tətbiqinə pilot layihə kimi ümumilikdə 300,  Bakı şəhəri üzrə Təhsil İdarəsinə tabe 60 ümumi təhsil müəssisəsində başlanılıb. Layihənin icrası  cari tədris ilinin sonunadək davam edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi