6ç sinfində Xocalı soyqırımına həsr olunmuş xüsusi dərs

Məktəb- liseyin tarix müəllimi Ramazanova Nərmin 6ç sinfində Xocalı soyqırımının 31-ci  ildönümünə həsr olunan xüsusi dərs təşkil edib.Xocalı qətliamının günahsız qurbanlarının, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunduqdan sonra soyqırımla bağlı  şagirdlərə məlumatlar verilib.Belə ki ,Xocalı soyqırımının XX əsrdə xalqımıza qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olduğu, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeritdiyi, onlara misli görünməmiş qəddarlıqla divan tutduğu, şəhərin  yerlə-yeksan edildiyi bildirilib. Müəllim qeyd edib ki,  bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur.Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin tarixi rolu xüsusi olaraq vurğulanıb.Daha sonra 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun  tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib, şəhidlərimizin, Xocalı qurbanlarının qisasını alması böyuk qürur hissi ilə vurğulanıb.Şagirdlər hazırladıqları təqdimatları, divar qəzetlərini ,faciəyə həsr olunmus şeirlərini təqdim ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi