1d sinfində nümunəvi dərs

Fevralın 20-də məktəb-liseyin  ibtidai  sinif  müəllimi Məmmədova   Elnarə 1d sinfində Azərbaycan  dili  fənnindən  “Bir parça  köz” mövzusunda numunəvi dərs keçib. Yaşlarının  kiçik  olmasına  baxmayaraq, şagirdlər  verilən tapşırıqların  öhdəsindən uğurla  gəlib, yeni  mövzu  ilə  əlaqədar  hazırlanan  səhnəcikdə  məharətlə  iştirak   ediblər.İnteraktiv  oyunlarla  əylənərək yeni  mövzunu  mənimsəyiblər. "Söz  boğçası"ndakı yeni sözlərin mənalarını, eyni zamanda  həmin  sözlərə  aid  atalar   sözləri  və  tapmacalar öyrəniblər.Sonda  təlim-tərbiyə işləri üzrə direktor  müavini Nərmin Uğurliyeva  öz tövsiyə  və  təkliflərini  bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi