"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın tətbiqi ilə bağlı valideyn iclasları

22-23 fevralda məktəb liseyin direktoru,direktor müavinləri və sinif rəhbərləri tərəfindən V-XI siniflərin valideynləri ilə əvvəlcədən hazırlanmış müvafiq cədvələ uyğun olaraq valideyn iclasları keçirilib. İclaslarda  "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" ilə bağlı sənəd valideynlərin nəzərinə çatdırılıb. Qaydaların tətbiqi zamanı gərüləcək işlər valideynlərə izah edilib.  Daxili intizam qaydalarının şagirdlərin həyat və sağlamlığının,  tədris prosesinin təhlükəsizliyinin təminatına, məktəbdə  hər bir şagirdin uğurlu təliminə köməklik edən, normal iş şəraitinin yaradılmasına, şəxsiyyətə və onun hüquqlarına hörmətin tərbiyə edilməsinə, davranış mədəniyyətinin və ünsiyyət bacarıqlarının inkişafına müsbət təsir edəcəyi vurğulanıb. Qeyd edək ki, "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın tətbiqinə pilot layihə kimi ümumilikdə 300,  Bakı şəhəri üzrə Təhsil İdarəsinə tabe 60 ümumi təhsil müəssisəsində başlanılıb. Layihənin icrası  cari tədris ilinin sonunadək davam edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi