Beynəlxalq Ana Dili Gününə həsr olunmuş dəyirmi masa

Fevralın 21-də  Beynəlxalq Ana Dili Günü münasibəti ilə məktəb-liseyin  kitabxanasında Azərbaycan dili və ədəbiyyat müəllimi Xədicə Əliyevanın rəhbərliyi altında 8b sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil edilib. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,  sonra şagirdlər ana dilimizin inkişafı,onun tərəqqisi, keçdiyi mərhələlər  barədə maraqlı təqdimatlarla çıxış ediblər, ana dilimizə sevgi və ehtiramdan yoğrulmuş şeirlər ifa ediblər. Dəyirmi masada iştirak edən müəllimlər şagirdlərin çıxışını yüksək qiymətləndirərək onlara dilimizin qorunub saxlanılması ilə bağlı tövsiyələr veriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi