"Ana dilimizi sevək, sevdirək!" adlı tədbir keçirilib.

Fevralın 21-də məktəb-liseydə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Ana dilimizi sevək, sevdirək!" adlı ədəbi-bədii musiqili tədbir keçirilib.  Tədbirdə məktəb-liseyin direktoru Könül Məmmədli, müəllim və şagird heyəti iştirak ediblər. Çıxış edən şagirdlər  ana dilinə məhəbbətdən yoğrulmuş şeirlər, mahnılar səsləndiriblər,  dilimizin saflığını qorumağa səsləyən kiçik tamaşalar nümayiş etdirilib. Tədbirin keçirilməsində məqsəd  ana dilimiz, onun əhəmiyyəti, dövlətimizin dil siyasəti haqqında şagirdləri məlumatlandırmaq,  milli-mənəvi dəyərlərimizə bağlılığı təbliğ etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi