3 e  sinfində ibtidai sinif müəllimi Dadaşova Fidan Azərbaycan dili fənnindən  “Dinləmə bacarığı”  mövzusunda nümunəvi dərs keçib

Fevralın 20-də  məktəb-liseyin  3 e  sinfində ibtidai sinif müəllimi Dadaşova Fidan Azərbaycan dili fənnindən  “Dinləmə bacarığı”  mövzusunda nümunəvi dərs keçib. Dərsdə məktəbin direktoru Könül Məmmədli, direktor  müavinləri  Samirə Məhərrəmova, Səidə  Fərhadova, Nərmin  Uğurliyeva  və məktəbin  Azərbaycan dili və ədəbiyyat  müəllimi Zenfira  Heydərova  iştirak edib.Dərsin gedişatının məqsədə uyğun olması , fəaliyyətin məqsədə uyğunluğu , ara-sıra verilmiş konstruktiv rəylər, fəaliyyətin optimal olması , qiymətləndirmənin məqsədə uyğunluğu müəllimin  pedaqoji bacarıqlarını sərgiləyib. Dərsdə Azərbaycan  Respublikasının Elm və Təhsil Nazirliyinin layihəsi olaraq , Fidan müəllimin təqdimatında  videodərs nümayiş olunub. Bununla yanaşı elektron dərs, yeni sürətli  Zip Grade qiymətləndirmə proqramı tətbiq olunub.Dərsin sonunda həm müsbət , həm də tövsiyə xarakterli qeydlər müəllimin nəzərinə çatdırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi