Şəhid İlham Məmmədovun xatirəsi anılıb.

Fevralın 20-də  261 nömrəli məktəb-liseyin adini daşıdığı I Qarabağ müharibəsində şəhid olmuş  Milli Qəhrəman İlham Məmmədovun 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətənin azadlığı, suverenliyi ugrunda canlarını qurban verən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlər şəhidin əziz xatirəsinə həsr olunmuş şeirlər,mahnilar səsləndirib, onun  şərəfli döyuş yolundan bəhs eden videoçarx nümayiş olunub.Tədbirin sonunda çıxış üçün söz məktəb- liseyin direktoru Könül Məmmədli və şəhid İlham Məmmədovun bacısı Mehriban Məmmədovaya verilib. Mehriban Məmmədova öz çıxışında Milli Qəhrəmanın həyatından və keçdiyi ömür yolundan , torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışıb. Məktəb- liseyin direktoru qeyd edib ki, Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə-Şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları, xatirələri yaddaşlarda əbədi yaşayacaq. Bu gün şəhidlərimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi