"II Bakı Elm Olimpiadası"nın iştirakçıları ilə görüş

Fevralın 17-də məktəb-liseyin direktoru Könül Məmmədli  ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçiriləcək "II Bakı Elm Olimpiadası"nın iştirakçıları ilə görüşüb. Olimpiadaya buraxılış vərəqlərini təqdim edən Könül Məmmədli şagirdlərə olimpiadada uğur arzulayıb, tövsiyələr verib. Qeyd edək ki, olimpiadanın keçirilməsində məqsəd şagirdlərin təbiət elmlərinə olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərinin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılmasıdır. Bu olimpiadada 261 nömrəli məktəb-liseyi 9a sinif şagirdi Leyla Cəfərli, 9b sinif şagirdi Novruz Mirzəzadə, 9d sinif şagirdi Aylin Tağıyeva təmsil edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi