"Ana dilim- milli sərvətim" adlı tədbir keçirilib.

Fevralın 16-da 21 Fevral-  Beynəlxalq Ana Dili Günü münasibətilə  “Ana dilim-milli sərvətim” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəfaqət Əhmədova tədbiri giriş sözü ilə açaraq ana dilimiz, onun saflığı, gözəlliyi haqqında çıxış edib, sonra şagirdləri səhnəyə dəvət edib. V-VI sinif şagirdlərinin iştirakı ilə  ədəbi-bədii-musiqili kompozisiya  təqdim olunub. Tədbirin sonunda məktəb-liseyin direktoru Könül Məmmədli çıxış edərək şagirdlərin çıxışını yüksək qiymətləndirib, ana dilimizin tərəqqisi üçün çalışmağın  vacibliyindən danışaraq bu müqəddəs sərvəti - ana dilimizi qoruyub saxlamağın önəmini vurğulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi