“Xəmsə möcüzəsi” müsabiqə-festivalında 2-ci yer

Elm və Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə türkdilli dövlətlərin məktəbliləri arasında keçirilən “Xəmsə möcüzəsi” I beynəlxalq onlayn incəsənət müsabiqə-festivalının respublika mərhələsinə yekunlaşıb. Məktəb-liseyin 11c sinif şagirdi Şəhla Nəsirzadə "Bədii qiraət" nominasiyası üzrə 15-17 yaş  qrupunda 2-ci yerə layiq görülüb. Qeyd edək ki, müsabiqə-festivalın keçirilməsində məqsəd uşaq və gəncləri Azərbaycan xalqının dünya şöhrətli şair və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə tanış etmək, yetişməkdə olan gənc istedadları üzə çıxarmaq, milli mədəniyyət və incəsənətimizi təbliğ etmək, türkdilli dövlətlərin məktəbliləri arasında dostluq və mədəni əlaqələri genişləndirməkdən ibarət idi . Müsabiqə-festivalın respublika mərhələsinin seçimləri 5 nominasiya üzrə 2 yaş qrupunda (11-14 və 15-17) keçirilib.Münsiflər heyətinin qərarı ilə seçim turuna qatılan 300-ə yaxın iştirakçı arasından yaş kateqoriyaları və nominasiyalar üzrə qaliblər müəyyənləşdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi