"Kitabların həyatımızda rolu" adlı tədbir keçirilib.

Fevralın 14-də məktəb-liseydə "Kitabların həyatımızda rolu" adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd Beynəlxalq Kitab Bağışlama Günü barədə şagirdləri məlumatlandırmaq, onlarda kitaba məhəbbət,  mütaliəyə həvəs oyatmaqdır. Məktəb-liseyin Uşaq Birliyi Rəhbəri İlhamə Mahmudova ,kitabxanaçılar Narın Məmmədova və Rəvanə Dadaşova, məktəb-liseyin məzunu, ADMİU-nun kitabxanaçılıq fakültəsinin tələbəsi İzel Mahmudovanın təşkilatçılığı ilə  keçirilən tədbirdə  şagirdlər şeirlər, mahnılar səsləndirib, səhnəciklər nümayiş etdiriblər.Məktəb-liseyin direktoru Könül Məmmədli məktəblilərə mütaliə mədəniyyətinin formalaşmasında kitabın rolundan ,gələcək nəsillərin dünyagörüşünün inkişafında kitab oxumağın nə qədər vacib məsələ olmasından bəhs edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi