Pedaqoji Şuranın növbəti iclası keçirilib.

Yanvarın 31-də məktəb-liseydə pedaqoji şuranın növbəti iclası keçirilib. İclasda 2022-2023-cü tədris ilinin 1-ci yarımilində görülmüş işlər, böyük summativ qiymətləndirmələrin nəticələri, şagirdlərin davamiyyəti, 2-ci yarımildə qarşıya qoyulan vəzifələr, məktəbin iş rejimi məsələləri müzakirə edilib.