"Riyaziyyat-informatika" aylığı çərçivəsində 5-ci siniflər arasında yarışma

"Riyaziyyat-informatika" aylığı çərçivəsində məktəb-liseyin riyaziyyat müəllimi Vəfa Babayevanın təşkilatçılığı ilə  5b və 5d sinfinin şagirdləri arasında "Riyaziyyat fənnini sevək və onunla dost olaq!" devizi altında  3 mərhələdən ibarət bilik yarışması keçirilib. Yarışın keçirilməsində məqsəd riyaziyyatı öyrənərək  riyazi düşüncə tərzini , ümumiləşdirmə və təhlil etmək bacarığını  inkişaf etdirmək, tez düşünmək və qərar vermək bacarığına  yiyələnməkdir. 1-ci mərhələ test usulu ilə keçirilib və videoçarx ilə təqdim olunub. Ümumilikdə,  24 şagird digər mərhələdə iştirak hüququ qazanıb.Yarışın  yarımfinal və final mərhələsi yanvarın 25-də akt zalında keçirilib. 6 komandanın iştirak etdiyi gərgin mübarizənin sonunda "Arximed" komandası 1-ci yerə, "Nikola Tesla" komandası 2-ci yerə, "Pifaqor" komandası 3-cü yeriə layiq görülüb. Qalib komandalara sertifikatlar təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi