"Tariximizin şanlı səhifəsi" adlı tədbir keçirilib.

Yanvarın 19-da məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Nişanə Mustafayevanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş "Tariximizin şanlı səhifəsi" adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd tarixin qanlı və şanlı səhifəsi barədə şagirdləri məlumatlandırmaq, vətənpərvərlik hisslərinin aşılanması olub. Azərbaycan Respublikasının  Dövlət Himninin  səsləndirilməsi ilə başlayan tədbirdə  vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş  şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdıərin ifasında  20 Yanvar faciəsinə həsr olunmuş şeirlər, mahnılar və səhnəciklər nümayiş olunub.Sonda çıxış edən məktəb-liseyin direktoru Könül Məmmədli 20 Yanvar gününün  Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli ideologiyamızın azadlıq istəyinin oyanış günü olduğunu vurğulayıb, Azərbaycan xalqının mübarizliyindən,  Azərbayca Azərbaycan ordusunun rəşadətindən danışıb. Çıxış edən digər müəllimlər- Zeynəb Ağayeva, Nişanə Mustafayeva 20 Yanvar hadisələri barədə şagirdlərə məlumat veriblər. 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin xalası- məktəb-liseyin kimya müəllimi Nəzakət Hacıyeva da o günü unutmayan və unutdurmayan hər kəsə minnətdarlığını bildirib, müəllimlərə və şagirdlərə Ülvi Bünyadzadəyə həsr olunmuş "Ülvi  gəncliyin sirləri" kitabını bağışlayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi