"Xarıbülbül rəsmini çək" müsabiqəsi keçirilib.

"Riyaziyyat-informatika" aylığı çərçivəsində məktəb-liseyin informatika müəllimi  Aygül Orucovanın təşkilatçılığı ilə V-VI sinif şagirdləri arasında  “Xarıbülbül rəsmini çək” müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində  məqsəd şagirdlərin İKT  bacarıqlarını üzə çıxarmaq, onlarda  vətənpərvərlik hisslərini gücləndirmək olub. Öncə  şagirdlər  Azərbaycanın işğaldan azad edilən əraziləri haqqında krossvordu həll ediblər. Sonra  "Qarabağ bizimdir,Qarabağ Azərbaycandır!" videoçarxı  izlənilib.Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Şagirdlərin söylədiyi   "Xarıbülbül, sən azadlıq rəmzisən!" şeiri dinlənildikdən sonra müsabiqənin praktik hissəsinə keçid edilib.  Verilən zaman müddətində şagirdlər xarıbülbül şəklini çəkiblər.  Sonda münsiflər heyəti tərəfindən hər bir şagirdin işi qiymətləndirilib,  şagirdlər diplom və sertifikatla təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi