"Riyaziyyat aylığı" çərçivəsində 6a sinfində riyaziyyat dərsi

"Riyaziyyat aylığı" çərçivəsində  Günay Həsənovanın  "Tam ədədlərin vurulması" mövzusunda nümunəvi  dərsi dinlənilib. Dərsdə həmin məktəb-liseyin  direktoru Könül Məmmədli, təlim-tərbiyə işləri üzrə direktor müavinləri  Samirə Məhərrəmova, Səidə Fərhadova və fənn müəllimləri  iştirak ediblər.  Dərsin məqsədi tam ədədlərin vurulmasını öyrənmək və vurmanın xassələrini tətbiq etmək olub. Dərsdə şagirdlər "Zəfər", "Şuşa", "Dəmir yumruq", "Xarıbülbül" adlı 4 qrupa bölünüblər. Dərs müddətində mövzu  fərqli və müasir üsullarla şagirdlərə  aşılanıb, dərsin sonunda qruplar fəal iştiraklarına görə qiymətləndiriliblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi