"Riyaziyyat aylığı" çərçivəsində 7d sinfində nümunəvi dərs

"Riyaziyyat aylığı" çərçivəsində  məktəb-liseyin riyaziyyat  müəllimi Günay Cəfərova 7d sinfində nümunəvi dərsi dinlənilib. Dərsin mövzusu “Üçbucağın xarici bucağının xassəsi",  məqsədi üçbucağın xarici bucağının xassəsini məsələ həllinə tətbiq etmək idi. Sinifdə təlim fəaliyyəti 5 qrup şəklində təşkil edilib. Dərs boyunca  şagirdlər yüksək fəallıq göstərib,  tapşırıqların öhdəsindən uğurla  gəliblər. Diqqəti ,düşüncəni və zəkanı inkişaf etdirmək üçün “Tanqram” oyunundan istifadə olunub. Dərsdə məktəb-liseyin direktoru Könül Məmmədli, təlim- tərbiyə işləri üzrə direktor müavini Samirə Məhərrəmova, metodbirləşmə sədri Sevil Rzayeva və fənn müəllimləri iştirak ediblər. Dərsin sonunda müzakirə  aparılıb, rəy və tövsiyələr bildirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi