"Riyaziyyat aylığı" çərçivəsində 9b sinfində nümunəvi dərs

"Riyaziyyat aylığı" çərçivəsində məktəbin riyaziyyat müəllimi Əbdürrəhimova  Nəzakətin 9b sinfində "Bir tənliyi bir dərəcəli, digəri  ikidərəcəli olan  tənliklər  sistemi “  mövzusunda nümunəvi dərsi dinlənilib.  Standart dərs modelində qurulan bu dərsdə 2.2.2 standartı müəyyən olunmuş bacarıqlar fonunda reallaşdırılıb. Mövzuya  maraq yaratmaq  məqsədi ilə müəllim "Kahoot! oyun əsaslı öyrənmə"  platformasından  istifadə  edib. Daha sonra şagirdlər qruplarla işə cəlb olunub.  Onlar yaradıcı tapşırıqların həllində  bacarıqlara nə dərəcədə yiyələndiklərini nümayiş etdiriblər. Dərsin  refleksiya  mərhələsi   “Kim milyoner  olmaq  istər” yarışması  ilə  bitib. Dərsdə məktəb-liseyin  direktoru Könül  Məmmədli, təlim-tərbiyə işləri üzrə direktor müavini Samirə Məhərrəmova, metodbirləşmə sədri Sevil Rzayeva və fənn müəllimləri iştirak ediblər.Dərsin sonunda müəllimlə dərsin müzakirəsi aparılıb,  texnologiyadan məqsədyönlü istifadə yüksək qiymətləndirilib,  dərslə bağlı rəy və metodiki tövsiyələr nəzərə çatdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi