"Yol hərəkətinə diqqət həyatımıza verdiyimiz dəyərdir!" mövzusunda maarifləndirici tədbir keçirilib.

Yanvarın 12-də  məktəb-liseydə  “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, “1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin  təşkilatçılığı ilə “Yol hərəkətinə diqqət həyatımıza verdiyimiz dəyərdir!” mövzusunda maarifləndirici tədbir  keçirilib. Tədbirin keçirilməsində məqsəd uşaqlara yol hərəkəti qaydalarının kiçik yaşlardan öyrədilməsinin təbliği və onların yeni biliklər öyrənməsi olub. Tədbirdə Bakı Şəhəri Dövlət Yol Polis İdarəsinin polis baş leytenantı Pərvanə Muradova, "1 nömrəli Uşaq-Gənclər inkişaf mərkəzi" publik hüquqi şəxsin şöbə müdiri Fəridə Süleymanova, metodisti Sevda Əsgərova, məktəb-liseyin rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.Tədbir şagirdlərin  çıxışları ilə başlayıb. Onlar yol qaydalarına aid şeir, mahnı, rəqs və səhnəciklərdən ibarət kompozisiya təqdim ediblər, yol hərəkəti qaydaları ilə bağlı biliklərini nümayiş etdiriblər.Məktəb-liseyin direktoru Könül Məmmədli hər bir şagirdin yol hərəkəti qaydalarını bilməyinin və bu qaydalara əməl etməyinin vacibliyindən danışıb.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici söhbətlər aparıb, mövzu ilə bağlı sorğu keçirilib, məktəblilərə  yol hərəkəti qaydalarını öyrənmək və ona əməl etmək tövsiyə edilib. Fəridə Süleymanova şagirdlərin çıxışlarına münasibət bildirib, yollarda təhlükəsiz davranmağın mühümlüyünü xüsusi vurğulayıb.Çıxış edən qonaqlar  “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirdiyinə və yol hərəkəti qaydalarının öyrədilməsi məqsədilə uşaqlarla aparılan müntəzəm təbliğat işinə görə məktəb-liseyin  direktoru Könül Məmmədliyə, tədbirin təşkilatçıları-ibtidai sinif müəllimi Qənirə Şahbazovaya və dərnək rəhbəri Elnarə İsmayılovaya təşəkkür ediblər. Fərqlənən şagirdlər Təşəkkürnamələrlə təltif ediliblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi