Həmrəylik Gününə həsr olunmuş intellektual yarışma

Dekabrın 24-də məktəb-liseydə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə  “Breyn-Rinq” intellektual oyunu təşkil olunub. Məktəb-liseyin direktoru Könül Məmmədlinin təşəbbüsü ilə “Daim həmrəy olaq” devizi altında keçirilən yarışmada həm inzibati,  həm pedaqoji, həm də texniki heyət iştirak edib. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi  ilə başlayıb. Daha sonra Könül Məmmədli çıxış edərək komandalara uğurlar arzulayıb. 8 komandanın iştirak etdiyi maraqlı və gərgin mübarizənin sonunda “Zəfər” komandası I yerə, “Qələbə " komandası II yerə, “ Xarıbülbül” komandası  III yerə, "Zirvə" komandası isə həvəsləndirici yerə layiq görülüb. Qalib komandaların üzvləri fəxri fərmanlarla, kubokla  təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi