"Qalib dövlətin qalib lideri" adlı xüsusi dərs

Dərs Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra informatika müəllimi Mövlayeva Aygün Cənab Prezidentin ictimai-siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirib. Tarix müəllimi Əliyev Pərviz İlham Əliyevin müdrik siyasətindən danışıb. O bildirib ki, möhtərəm Prezident Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin məhəbbətini, hörmətini, inamını qazanıb. Məktəb- liseyin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Məmmədova Lamiə öz çıxışında Ali Baş Komandanın siyasi-diplomatik və sərkərdəlik məharəti sayəsində 44 günlük Vətən müharibəsində Azərbaycanın əzəli torpağı olan Qarabağın işğaldan azad olunması, dövlətimizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasının ölkəmizin inkişaf tarixində yeni mərhələ açmasından danışıb. Şagirdlər tarixi qələbəmizə həsr olunmuş şeirlər səsləndiriblər.