İbtidai sinif müəllimləri üçün "Öyrənək,uşaqları da öyrədək" adlı təlim

Dekabrın 16-da  “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və “1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə məktəb-liseyin ibtidai sinif müəllimləri ilə “Öyrənək, uşaqları da öyrədək" adlı  maarifləndirici təlim keçirilib. Təlimdə mərkəzin şöbə müdiri əməkdar müəllim Fəridə Süleymanova, metodist Solmaz Qasımova, mərkəsin əməkdaşları,  Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Pərvanə Muradova, məktəb-liseyin rəhbərliyi və ibtidai sinif müəllimləri iştirak ediblər.  Metodist Solmaz Qasımova yol hərəkətinin təhlükəsizliyi və qaydalarına dair videoçarxlar numayiş etdirib ,ictimai nəqliyyatda davranış qaydaları ,yol mədəniyyəti barəsində marifləndirici məlumatlar verib.Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.Müəllimlər təqdim olunan öyrədici tapşırıqları  həvəslə yetinə yetiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi