“Erkən nigah və onun fəsadları” barədə maarifləndirici seminar

Məktəb-liseyin psixoloqu Məhərrəmova Aygün tərəfindən 25.11.2022-ci il tarixində IX- XI siniflərin qızları ilə “Erkən nigah” mövzusunda maarifləndirici seminar keçirilib.  Seminarın keçirilməsinin  əsas məqsədi qızların erkən nigah, onun fəsadları haqqında maarifləndirilməsi idi. Əgər erkən nigah baş verərsə, onun fəsadları nəinki özlərinə, hətta cəmiyyətə belə mənfi təsir göstərəcəyi qızlara videoçarx vasitəsi ilə izah edilib. Şagirdlərin öz hüquqlarını bilməsi, təhsil fəaliyyətlərinin dayandırılmaması, zorakılıq halları olarsa, lazımi orqanlara, qaynar xəttə və s. müraciət etməsi, bir sözlə, qızlar erkən nigaha və uşaq evliliyinə məruz qalsalar, vəziyyətdən necə çıxmalı olduqları barədə bir sıra tövsiyələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi