"Zəfər" məktəblilərarası 1-ci tarix olimpiadası

Noyabrın 26-da məktəb-liseydə "Zəfər" məktəblilərarası 1-ci tarix olimpiadası keçirilib. Olimpiada 8-10-cu sinif şagirdləri arasında təşkil olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 31.10.2022-ci il tarixli, F-362 nömrəli əmrinə əsasən təşkil olunan olimpiadanın keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətən müharibəsində qazanılmış qələbəmizi və qəhrəman ordumuzun zəfər yolunu şagirdlərin hərtərəfli öyrənməsinə nail olmaq, həmçinin istedadlı şagirdləri üzə çıxarmaqdır.