"Təbiəti qoruyanlar" layihəsinin icrası

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli, F-138 nömrəli əmri ilə təsdiqlənmiş Yaşıl layihə: " Təbiəti qoruyanlar" adlı layihənin Tədbirlər Planının 4.1-ci bəndinə əsasən məktəbin 9ç sinfinin şagirdləri texnologiya müəllimi Zeynəb Ağayeva ilə birlikdə məktəb ağaclarına qonan quşlar üçün yeni quş yuvaları hazırlayıblar. Qeyd edək ki, "Təbiəti qoruyanlar" layihəsinin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkilidir.