"Əhməd Cavad-130" adlı dəyirmi masa

Noyabrın 22-də məktəb-liseydə Azərbaycan dili və ədəbiyyat müəllimi Xədicə Əliyevanın təşkilatçılığı ilə Əhməd Cavadın 130 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masada məktəb-liseyin rəhbərliyi, fənn müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri İlahə Süleymanlı çıxış edərək Əhməd Cavad haqqında məlumat verib. Daha sonra şagirdlər şairin həyat və yaradıcılığı haqqında məlumatlar verib, şeirlərini səsləndiriblər. Sonda çıxış edən məktəb-liseyin direktoru Könül Məmmədli şagirdlərə şairin yaşadığı dövr, vətən sevgisi, istiqlal ruhlu şeirləri barədə məlumat verib.