"Əhməd Cavad- 130" adlı tədbir keçirilib

Noyabrın 22-də məktəb-liseydə "Əhməd Cavad -130" adlı tədbir keçirilib. Zenfira Heydərovanın təşkilatçılığı ilə keçirilən tədbirdə məktəb-liseyin rəhbərliyi, şagirdlər və müəllimlər iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Əhməd Cavadın həyat və yaradıcılığına aid videoçarxlar nümayiş olunub, şeirlər, mahnılar səsləndirilib. Sonda çıxış edən məktəb-liseyin direktoru Könül Məmmədli şairin vətənə məhəbbəti, azadlığı, istiqlalı tərənnüm edən şeirlərinin şagirdlərimizin vətənpərvər ruhda yetişməsində əhəmiyyətindən danışıb.