Zəfər Gününə həsr olunmuş şahmat yarışı

Məktəb-liseydə Zəfər Gününə həsr olunmuş idman yarışları keçirilib. Yarışların keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvər ruhda tərbiyə olunması, tariximizin şanlı səhifələrinin qeyd olunmasıdır. Bu məqsədlə hazırlanmış Tədbirlər planına uyğun olaraq  III-IV sinif şagirdləri arasında şahmat  yarışı keçirilib. Yarış Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Gərgin oyunun sonunda Murad Həmidzadə I yer,  Faiq Həsənov II yer,  Bünyamin Ağayev III yerə layiq görüldüyünə görə,   Elif Dibirova isə fərqləndiyinə görə məktəb rəhbərliyi tərəfindən  fəxri fərmana layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi