"Zəfərin mübarək, Azərbaycanım!" adlı tədbir keçirilib

Noyabrın 7-də məktəb-liseydə Zəfər Gününə həsr olunmuş "Zəfərin mübarək, Azərbaycanım!" adlı tədbir keçirilib. Tədbirdə məktəb-liseyin  rəhbərliyi, məktəb-liseyin  adını daşıdığı şəhid İlham Məmmədovun bacısı Mehriban Məmmədova, I və II Qarabağ döyüşlərinin iştirakçısı Muxtar Həşimov, məktəb-liseyin döyüşçü məzunları, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhlarının 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra məktəb-liseyin  tarix müəllimi Güldəstə Xəlilova Zəfər tariximiz haqqında qısa məlumat verib. Şagirdlərin ifasında şanlı zəfərimizə həsr olunmuş şeirlər, mahnılar səsləndirilib,  videoçarxlar nümayiş etdirilib. Sonda çıxış edən məktəb-liseyin direktoru Könül Məmmədli qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin düzgün siyasəti və Azərbaycan Ordusunun rəşadəti sayəsində qazandığımız bu Zəfər xalqımızın gücünü  bütün dünyaya göstərmiş oldu. O, qələbənin qazanılmasında Azərbaycan müəlliminin əməyinin danılmaz olduğunu da qeyd edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi