Qarabağ müharibəsi iştirakçısı ilə görüş

Məktəb-liseydə hər 2  Qarabağ müharibəsinin fəal iştirakçısı, əvvəllər məktəb-liseydə gənclərin çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsində çalışmış,    II Qarabağ müharibəsində "Laçının azad olunmasına görə", "Qubadlının  azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medallarına layiq görülmüş Muxtar Həşimovla şagirdlərin görüşü təşkil olunub. Görüşün keçirilməsində məqsəd məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək olub. Muxtar Həşimov Ziyafət Cəfərovanın rəhbərlik etdiyi 3b və Elnarə Məmmədovanın rəhbərlik etdiyi 1d siniflərinin şagirdləri ilə görüşüb, onlara şanlı zəfərimiz barədə məlumat verib. Məktəblilər qələbəmizə həsr olunmuş şeirlər, mahnılar ifa ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi