Zəfər Gününə həsr olunmuş intellektual yarışma

Noyabrın 4-də məktəb-liseyin psixoloqları Aygün Məhərrəmova və  Fərəh Kamilovanın təşkilatçılığı ilə  Zəfər Gününə həsr edilmiş  intellektual yarışma keçirilib.   Yarışın keçirilməsində  əsas məqsəd şagirdlərin dünyagörüşünün inkişaf etdirilməsi, intellektual səviyyəsinin yüksəldilməsi, həmçinin  xalqımızın qüdrətinin, milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin tarixinin heç vaxt unudulmayacağının aşılanması idi. Yarışda  hər biri 8 nəfərdən ibarət olmaqla 3 komanda-  “Şanlı Zəfər”, “Xudayar” və “Zəfər yolu”  komandaları iştirak edib. 5 mərhələdən ibarət olan gərgin yarışın sonunda   “Şanlı Zəfər” komandası qalib olub. Qalib komandanın üzvləri məktəb-liseyin direktoru Könül Məmmədli tərəfindən   fəxri fərmanlarla təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi