Zəfər Günü və Bayraq Gününə həsr olunmuş təşkilat saatları

Həftə ərzində  məktəb- liseydə sinif təşkilat saatları Zəfər Günü və Bayraq Gününə  həsr olunub. Təşkilat saatları  ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.  Şagirdlərə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü, 44 günlük müharibədə igid oğullarımızın qəhrəmanlığı   və milli suverenliyin simvolu, qürur mənbəyimiz olan bayrağımızın yaranma tarixi barədə ətraflı məlumat verilib. Şagirdlər Qarabağ Zəfəri, üçrəngli bayrağımız, vətənpərvərlik mövzularında şeirlər söyləyib, mahnılar ifa ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi