Zəfər Gününə həsr olunmuş konfrans

Noyabrın 5-də   məktəb-liseyin ibtidai sinif müəllimi  Dadaşova Fidanın rəhbərliyi ilə  3e sinfində Zəfər Gününə həsr olunmuş  konfrans  təşkil olunub. Konfransda  direktor müavinləri Samirə Məhərrəmova, Nərmin Uğurliyeva, Lamiə Məmmədova da iştirak ediblər.   Konfransın mövzusu “ 44 günlük müharibə və şanlı zəfər  tariximiz “ olub.Konfrans Azərbaycan  Respublikasının Dövlət  himninin səsləndirilməsi  və  Azərbaycan  şəhidlərinin  yad  edilməsi  ilə başlayıb.Konfransın  gündəliyində  duran  əsas  məsələ  44 gün ərzində zəfərə  gedən yolda baş verən  hadisələr ,  dövlət  siyasəti , igid  oğullarımızın  şücaəti , musiqi beşiyimiz və mədəniyyət  ocağımız  Qarabağ , xüsusən də  Şuşanın tarixi və mədəniyyəti  olub. Şagirdlər Qarabağın tarixi və  mədəni abidələri haqqında  araşdırdıqları  informasiyanı səlis  nitq  bacarığı  ilə nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi