“İnsan Hüquqları”  haqqında ibtidai və yuxarı sinif şagirdləri ilə maarifləndirici tədbir keçirildi

“İnsan hüquqları” aylığı çərçivəsində noyabrın 1-də məktəb-liseyin psixoloqları Məhərrəmova Aygün və Kamilova Fərəh tərəfindən  ibtidai və yuxarı sinif şagirdləri ilə “ İnsan hüquqları”adlı  maarifləndirici tədbir keçirilib. Tədbirdə  261 məktəb-liseyin direktoru Məmmədli Könül,təlim-tərbiyə işləri üzrə direktor müavini Məmmədova Lamiə iştirak edib.Tədbirin keçirilməsinin   əsas məqsədi şagirdləri “İnsan hüquqları”nın mahiyyəti haqqında maarifləndirmək idi.Tədbirdə insan ləyaqəti,bərabərlik,ədalət,hörmət və müstəqillik dəyərlərinə əsaslanan insan hüquqlarının hamımız üçün yaradıldığı şagirdlərə izah edilib,hüquqlarımızı bilməkdə əsas məqsədimiz,hüquqlarımızdan istifadə qaydası müzakirə edilib. Şagirdlər hüquqlarını sadalayıb,mövzuya həsr edilmiş musiqi ifa ediblər. Sonda bütün insanların eyni hüquqa malik olduğu,hüquqlarının qanun tərəfindən qorunduğu izah edilib, qeyd olunub ki, qanunların mövcud olmadığı yerdə heç bir insan azadlığından söz gedə bilməz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi