“Zərərli vərdişlər sənə həzz verir, əvəzində həyatını məhv edir” adlı maarifləndirici tədbir keçirildi

Xətai rayonu 261 nömrəli məktəb-liseyin psixoloqları Məhərrəmova Aygün və Kamilova Fərəh tərəfindən 26.10.2022-ci il tarixində yuxarı sinif şagirdləri ilə “Zərərli vərdişlər sənə həzz verir, əvəzində həyatını məhv edir” adlı maarifləndirici tədbir keçirildi.Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini Məhərrəmova Samirə, təlim-tərbiyə işləri üzrə direktor müavini Uğurliyeva Nərmin, təşkilatçı müavini Məmmədova Lamiyə iştirak etdi.Tədbirin əsas məqsədi şagirdləri zərərli vərdişlərin insan həyatına mənfi təsirləri haqqında maarifləndirmək və yarana biləcək xoşagəlməz halların qarşısının alınması üsulları ilə bağlı bir sıra tövsiyyələr vermək idi.Tədbirdə şagirdlərə maarifləndirici çarx, video mətn, slayd, elektron təqdimat göstərildi, sağlam həyat tərzinin nə qədər əhəmiyyətli olduğu izah edildi.Ümumilikdə yeniyetmə və gənclik yaş dövrlərinə çatan şagirdləri zərərli vərdişlərdən istifadədən çəkindirmək, yarana biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə keçirilən bu tədbir uğurla başa çatdı. Ən əsas unutmamalıyıq ki zərərli vərdişlərin insan həyatına daxil olmaması üçün ailə və məktəb vəhdət halında olmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi