“Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” kitabı müzakirə edilib

Oktyabrın 26-da məktəb-liseydə "T-Network"un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi  Qoşqar Məhərrəmovun təşkilatçılığı ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Təhsil və bacarıqlar üzrə direktoru, PISA (Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) rəhbəri Andreas Şleyxerin “Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” kitabı  müzakirə olunub.  Tədbirdə məktəb-liseyin direktoru Könül Məmmədli, 17 nömrəli məktəbin direktoru Nazilə Əliyeva, hər 2 məktəbin müəllimləri iştirak ediblər.Qoşqar Məhərrəmov Azərbaycanın beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakı barədə məlumat verib. Həmçinin müəllifin kitabda müraciət etdiyi mövzuların aktuallığından, ayrı-ayrı ölkələrin təhsil təcrübələri və statistik göstəricilərinə əsaslanaraq təhlil olunmasından danışıb. Sonda təhsil eksperti müəllimlərin suallarını cavablandırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi