"BYF EduExpo-2022" təhsil yarmarkas

Oktyabrın 1-də JW Absheron Marriott otelində "BYF EduExpo-2022" təhsil yarmarkası və Bakı İdman Sarayında ıv Milli Kitab Sərgisi keçirildi. Məktəbimizin kitabxana müdiri Məmmədova Narın,Uşaq Birliyi rəhbəri Mahmudova İlhamə və psixoloq Kamilova Fərəh tərəfindən 8c və 8e sinif şagirdləri də bu tədbirlərdə fəal iştirak etdilər. Sərgidə şagirdlər tanınmış şair Baba Vəziroğlu ilə yaxından tanış oldular. Şagirdlər diqqətləri cəlb edən bir çox kitablar əldə edə bildilər. Həmçinin sərgidə onlar xarici dil kursları və imtahan mərkəzləri,psixoloji testlər və xidmətlər,yerli və beynəlxalq özəl məktəblərin proqramları və digər məlumatlar aldılar. Beləliklə də, hamı sərgidən,yarmarkadan xoş təəssüratla ayrıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi