“Qarabağ Azərbaycandır-İşğaldan azad olunmuş torpaqlarımız” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması

Xətai rayonunda Anım Gününə həsr olunan inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı!Sentyabrın 30-da Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Xətai rayonu ərazisindəki orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır-İşğaldan azad olunmuş torpaqlarımız” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Çox sevindirici bir haldır ki, 261 nömrəli məktəb-liseyin 9a sinif şagirdi Məlikzadə Fatimə də inşa müsabiqəsində fərqlənən şagirdlərin sırasında idi.Məktəb rəhbərliyi adından şagirdimizi təbrik edir və ona müvəffəqiyyətlər arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi