“Ölkəmizi tanıyaq”

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Xətai rayon məktəbləri arasında 261№ li məktəb-liseyin 9asinif şagirdi Rufulla Vüqar və 10C sinif şagirdi Cəlilova Günay iştirak ediblər. Noyabrın 17-də Xətai rayonundakı Heydər Əliyev adına parkda yolasalma mərasimi keçirildi. Rayon rəhbərliyi, müəllimlər, valideynlər və aksiya iştirakçıları əvvəlcə ümumilli lider Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzdülər. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Millət vəkili Hüseynbala Mirələmov, rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdıyeva Cənab Prezident İlham Əliyev tərəfindən gənc nəslə göstərilən qayğıdan,gənclərin inkişafı üçün yaradılan şəraitlərdən danışdı. Sonra çıxış edən müəllimlər, valideynlər ,məktəblilərə səfərlə bağlı tövsiyyələr verdilər və iştirakçılar Gəncə şəhərinə yola salındı.Aksiya iştirakçıları ilk öncə Gəncə şəhəri ilə tanışlığa Heydər Əliyev Mərkəzindən başlayıblar. Daha sonra Göygöl rayonuna yola düşən şagirdlər Göygöl Gənclər Mərkəzində , Göygöl rayon Tarix-Diyarşünaslıq Muzeyində, Dövlət rəmzləri muzeyində və s. yerlərdə oldular. 20 noyabr tarixində Xətai məktəblilərinin səfəri başa çatdı. Səfərdən qayıdan məktəbliləri Heydər Əliyev adına parkda valideynlər və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri qarşıladılar. Səfərdən böyük təəssüratla qayıtdıqlarını deyən məktəblilər aksiyanın onların dünyagörüşünə böyük təsir göstərdiyini dedilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi