Ağaclarla əbədiləşən ömür

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmri ilə 27.09.2022-ci il tarixində İ.Məmmədov adına 261 nömrəli məktəb-liseydə “Kiçik Akademiya”nın təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə “Anım Günü”ndə şəhidlərin adına ağacların əkilməsi aksiyası keçirildi.Bu aksiyanı məktəbin 4b sinif müəllimi Aidə Kamilova və şagirdləri təşkil etdi.Aksiyanın keçirilməsində məktəb müdiriyyəti, məktəbin psixoloqu iştirak etdi.Şəhidlərin xatirəsinə həsr olunmuş bu ağacəkmə aksiyasında müəllimlər də şagirdlərlə birlikdə ağacəkmə aksiyasına qatıldılar.Ümid edirik ki, hər bir şəhidin adını daşıyan bu fidanlar böyüdükcə yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində böyük rol oynayacaq.Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi