27 sentyabr-Anım Günüdür

27 sentyabr-Anım Günü ilə əlaqədar 261 nömrəli məktəb-liseydə  təşkil edilən tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı.Daha sonra Vətənin ərazi bütövlüyü uğrunda canlarını fəda edən Vətənin qəhrəman oğullarının xatirəsi dərin ehtiramla yad edildi.Tədbirdə məktəb rəhbərliyi, şəhid İlham Məmmədovun bacısı Mehriban  xanım iştirak edirdi.Eyni zamanda ilk dərslər 27 sentyabr-Anım Gününə həsr olundu. Müəllimlər dərs dedikləri siniflərdə ətraflı məlumat verərək şəhidlərin keçdiyi döyüş yolundan,vətənə olan sevgi və qəhrəmanlıqlarından danışdılar.Şəhidlər ölmür-şəhadətə yüksəlir.Allah bütün Şəhidlərimizə rəhmət etsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi