"Azərbaycanim" V Respublika uşaq rəsm festivalında iştirak edən balaca rəssamımız

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "ŞUŞA İli"nə töhfə olaraq, uşaqların, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, onların əhatə olunduqları mədəni mühitə yanaşma tərzinin təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, Azərbaycan xalqının mədəniyyətini, şanlı Azərbaycan əsgərinin qəhrəmanlığını, işğaldan azad olunmuş ərazilərimizin mədəni irsinin daha geniş təbliği məqsədilə elan olunmuş  "AZƏRBAYCANIM" V Respublika Uşaq Rəsm Festivali keçiriimişdi.Festifalda  1500 rəsmdən 123 rəsm seçilmiş və festifalda sərgilənmişdir. Çox sevindirici bir haldır ki, 123 seçilmiş rəsm arasında məktəbimizin 5c sinif şagirdi Suxandani Pakizənin çəkdiyi rəsm seçilmiş və balaca rəssam  təşəkkürnamə ilə mükafatlandırılmışdır. Məktəb rəhbərliyi balaca rəssamı təbrik edir və gələcək işlərində uğurlar arzulayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi