261 nömrəli məktəb-liseydə “ 28 May-Müstəqillik Günü “ qeyd olunub.

27 may 2022-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104 illiyi ilə əlaqədar 261 nömrəli məktəb-liseydə   tədbir keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən tarix müəllimi Nərmin Ramazanova  müsəlman Şərqində ilk demokratik respublika olan Cümhuriyyətin yaranma tarixindən, keçdiyi inkişaf yolundan, fəaliyyət göstərdiyi qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahələrinə verdiyi töhfələrdən danışdı. “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarı ilə çıxış edən şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxudu, cümhuriyyətin fəaliyyəti və dövlətçilik tariximizdəki rolundan bəhs edən videoçarx nümayiş etdirdilər. Tədbirin sonunda çıxış edən  məktəb-liseyin direktoru A.H.Əsədov tədbirin təşkilatçıları məktəbin tarix müəllimi Güldəstə Xəlilovaya və musiqi təribatında əziyyəti olan Şəhla Əliyevaya təşəkkürünü bildirdi və ölkəmizin dövlət müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlarından, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açdı. Cümhuriyyət dövrünün tariximizin ən şərəfli səhifələrindən biri olduğunu bildirən A.H.Əsədov  ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən , respublikamızın inamla irəlilədiyindən , regionda və dünyada lider dövlətə çevrildiyindən  söz açdı. Eyni zamanda məktəbin foyesində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyi ilə əlaqdar 104  ədəd Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolunu əks etdirən  kitablar , şagirdlərin əl işləri sərgilənmişdir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi