9 Noyabr Dövlət Bayrağı günü

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.Prezident İlham Əliyevin sərəncamına əsasən hər il 9 Noyabr Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir.Bu münasibətlə 261№-li məktəb-liseydə tədbir keçirildi.Tədbir Dövlət Himninin sədaları altında başladı.Tədbirdə məktəb-liseyin direktor müavini Quliyeva Kəmalə çıxış edərək şagirdlərə Dövlət Bayrağının yaranması tarixi ilə bağlı məlumat verdi.Sonra şagirdlər Vətənimiz Azərbaycanın atributları haqqında danışdı.Bayrağımızın müqəddəsliyi,qorunması haqqında fikirlər söylənildi.Tədbir şagirdlərin söylədikləri şeirlərlə davam etdi.Sonda”Azərbaycan”mahnısının sədaları altında məktəb şagirdləri rəqs etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi