2021-2022-ci tədris ili “Tədrisdə ZƏFƏR İLİ” elan olunub.Bununla əlaqədar şəhid İLHAM Məmmədov adına 261 nömrəli məktəb-liseydə “ZƏFƏR TARİXİ” adlı yekun konfransı keçirildi.

Konfrans iki hissədən ibarət idi :  rəsmi və bədii.Konfransın təşkilatçısı” ZƏFƏR “ kursunu tədris edən  Xəlilova Güldəstə müəllimdir.Konfransda Vətən müharibəsinin qazi və veteranları iştirak edirdilər:2-ci Qarabağ müharibəsinin  iştirakçısı polkovnik-leytenant Əliyev Rasim,Vətən müharibəsinin  veteranları və məktəbimizin məzunları Xəlilli Rza Ələskər oğlu,Əliyev Nadir Ələsgər oğlu Şəhid Hikmət Şıxməmmədovun həyat yoldaşı- məktəbimizin gənc tarix müəllimi Vəliyeva Aişən (o cümlədən məktəbimizin müəllim və şagird heyyəti) Konfransın açılışı Azərbaycan Respublikasının HİMNİ ilə başlandı Konfransın açılışında “ZƏFƏR TARİXİ” müəllimi Xəlilova Güldəstə və məktəbin təlim -tərbiyyə işləri üzrə direktor müavini Məhərrəmova Samirə müəllimin məruzələri dinlənildi.Qazi və veteranlara söz verildi. Onlar da öz növbəsində müharibədən danışdılar.Konfransı bədii hissəsində məktəbimizin şagirdləri çıxış etdilər.Konfrasda 9a sinif şagirdi Məmmədzadə Tunarın hazırladığı videoçarxlar nümayiş olundu.9-cu sinif şagirdləri Adilov Həmid,Nəcəfova Xədicə,Əliyeva Zəhra,Rzayev Faiqin  ifasında şeirlər  Hüseynov İmranın tarda ifası ilə müşayiət olundu.Məktəbimizin musiqi müəllimi Əliyeva Şəhlanın rəhbərlik etdiyi xorun ifasında vətənpərvər mahnılar səsləndi.Gitarada Qaraşzadə Cəmilə və Suleymanova Ayanın patriotik mahnıları  səsləndi.Kişiyeva Fidan və Məmmədova Məlahət “Sarı gəlin “və “Şuşanın dağları” rəqsləri ifa edildiMəktəb-liseyin direktoru A.H.Əsədov öz çıxışı ilə konfransı yekunlaşdırdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi