261 nömrəli məktəb-liseyin şagirdləri PİSA beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak etdi.

Məlum olduğu kimi Azərbaycan PISA beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində iştirak edir. Aprelin 18-dən başlayan qiymətləndirmə Azərbaycan Respublikası Təhsil Nazirliyi və ARTİ tərəfindən həyata keçirilir. Ötən il sınaq mərhələsi keçirilən bu tədqiqatın əsas mərhələsində Bakı  şəhəri üzrə 180 ümumi təhsil müəssisəsindən həm Azərbaycan bölməsi, həm də rus bölməsi üzrə 8000-ə yaxın şagirdin iştirakı planlaşdırılıb.  261 nömrəli məktəb-liseyin şagirdləri də  may ayının 5-i PİSA qiymətləndirməsində iştirak etdilər.Məktəbimizin şagirdləri üçün  qiymətləndirmə Bakı şəhərinin 220 nömrəli məktəbində yaradılan imtahan mərkəzində həyata keçirildi. Şagirdlər 3 saat ərzində oxu, riyaziyyat, təbiət elmləri üzrə sualları cavablandırmaqla yanaşı həm də yaradıcı düşüncə üzrə bilik və bacarıqlarının qiymətləndirilməsində də iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi